Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Özünü yandıran qaçqın ölüb

Avstraliyada immiqrasiya düşərgəsində özünü yandırmış iranlı qaçqın aldığı xəsarətlərdən dünyasını dəyişib.

23 yaşlı qaçqın Avstraliyanın sərt qaçqın siyasətinə etiraz olaraq aprelin 27-də Nauru adasındakı düşərgədə özünü yandırmışdı. O, aprelin 29-da müalicə aldığı xəstəxanada ölüb.

Yerli hökumət qaçqının, BMT qaçqın agentliyinin təmsilçilərinin adaya səfərilə eyni vaxtda özünü yandırdığını bildirir.

Avstraliya qayıqla sahillərinə yan alan qaçqınları qəbul etmir. Nauru və Papua Nyu Qvineyaya pul ödəyərək, qaçqınları oradakı düşərgələrdə saxlayır.(azadliq.org)

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Assad qüvvələri hücuma hazırlaşır

%d bloqqer bunu bəyənir: