Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Özündən 15 yaş böyük məşuqəsini qətlə yetirənə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində özündən 15 yaş böyük məşuqəsini qətlə yetirməkdə təqsirləndirilən Fəhmin Qədimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Fəhmin Qədimov 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qətl hadisəsi bu il fevral ayında Bakının Binəqədi rayonunda baş verib. 9-cu mikrorayonda, Cavadxan küçəsində yerləşən mənzillərdən birində üzərində xəsarətləri olan qadın meyiti aşkar edilib. Meyitə baxış keçirilərkən onun kəndirlə boğularaq öldürüldüyü məlum olub.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının araşdırmaları zamanı qətlə yetirilən qadının 1977-ci il təvəllüdlü Sədaqət Əsgərova olduğu müəyyən edilib. Daha sonra qətli törədən şəxsin 24 yaşlı Fəhmin Qədimovun olduğu bəlli olub. Saxlanılan şəxs istintaqa verdiyi ilkin ifadədə qadını qısqanclıq zəminində öldürdüyünü etiraf edib.
24 yaşlı Fəhmin Qədimov saxladığı qadın üçün Cavadxan küçəsində bir otaqlı mənzil kirayələyib. Qətl elə həmin mənzildə törədilib, Sədaqət Əsgərova ilə mübahisə edən Fəhmin onu kəndirlə boğduqdan sonra mənzilin qapısını bağlayıb və qadının maşınına minərək ərazini tərk edib.
Ev sahibəsi hadisədən iki gün sonra təsadüfən mənzilə gəlib. Kirayənişinlərdən xəbər olmadığından şübhələnən sahibə özündə olan açarla qapını açıb və evdə meyit olduğunu görüb. Dərhal polisə məlumat verilib və polis əməkdaşları isti izlərlə Fəhmin Qədimovu taparaq həbs ediblər. Ona qarşı qəsdən adam öldürmə maddəsi ilə ittiham verilib.
bizimyol.info

24saat.org
Loading...

Mehman Hüseynov bu dəfə Səlim Müslümovun imarətini çəkdi – VİDEO

Sonrakı Yazı »

Azərbaycanda qadın yaşadığı evi əxlaqsızlıq yuvasına çevirib

%d bloqqer bunu bəyənir: