Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
24ae1265-cf86-4f79-bc94-3b63d0fe5809_cx0_cy15_cw0_w987_r1_s_r1

Özü bəraət aldı, qardaşını tutdular

«Özüm bəraət alandan sonra polisin növbəti şərindən qorunmaqdan ötrü müvəqqəti Bakıya sığınmışam. Ağdaş polisinin əli mənə çatmadığından ailəmdən qisas alır. Bu gün qardaşımı elə küçədən tutub birbaşa məhkəməyə aparıblar. Qanunsuz küçə ticarəti bəhanəsiylə 10 sutka inzibati cəza kəsiblər».

Bunu Azadlıq Radiosu-na Ağdaş sakini, 4 ilədək çəkən məhkəmələrdən sonra barəsində bəraət hökmü çıxarılmış Qorxmaz Abbasov deyir. Noyabrın 11-də Ağdaş rayon Polis Şöbəsinin əməkdaşları onun qardaşı Tural Abbasovu saxlayıblar. Rayon məhkəməsi Tural Abbasova 10 sutka inzibati həbs kəsib. Qorxmaz Abbasovun sözlərinə görə, rayon polisi ailəyə göz verib, işıq vermir:

MEYVƏNİ VURUB DAĞIDIBLAR

«Bəraətimin zülmünü ailəmə çəkdirirlər. Müsahibə verib polislərin cəzalandırılmasını tələb etdiyimdən ailəlikcə təzyiqlərə məruz qalmışıq. Ağdaşda adamlar acından ölməmək üçün belə dolanırlar: tutaq ki, gedib kənardan 5-10 kilo meyvə, tərəvəz alır, gətirib üstünə 5-10 qəpik qoyur, satıb çörəkpulu, dərmanpulu edirlər. Qardaşım da ailəsini bu yolla saxlayır. Bu gün onu elə küçədəncə tutub birbaşa məhkəməyə aparıblar, 5 dəqiqədə hökm oxuyub aparıb polis şöbəsindəki «KPZ»yə salıblar».

Tural Abbasov uzun müddətdir ki, yaşadığı evin yaxınlığında yeşiklə naringi qoyub satırmış. Polislər yeşiklə dolu meyvəni vurub dağıdıblar, özünü isə məhkəməyə aparıblar.

«Özümü də o vaxt əvvəl 5 sutka ilə apardılar, sonra özlərindən daha ağır ittiham düzüb-qoşdular. Ancaq istəyirəm bilsinlər ki, nəyin bahasına olursa olsun, geri çəkilən deyiləm. Mənə fiziki işgəncə vermiş, günahsız yerə həbsə atmış və barəsində məhkəmənin xüsusi qərarı olan Ağdaş rayon Polis Şöbəsinin əməkdaşlarının cəzalandırılmasına nail olmayanadək susmayacağam. Qərar icra olunmasa, sənədləri Avropa Məhkəməsinə göndərəcəyəm».

POLİS TƏKZİB EDİR

Ağdaş rayon Polis Şöbəsindən «Qaynar xətt»ə bildirilib ki, Tural Abbasov qanunsuz küçə ticarəti ilə məşğul olur. Polis ona bir neçə dəfə xəbərdarlıq etsə də, fəaliyyətini davam etdirib. Noyabrın 11-də məhkəmə T.Abbasova qanunsuz fəaliyyətinə görə 5 sutka inzibati həbs kəsib və xəbərdarlıq edib. Şöbədən T.Abbasovun həbsinin qardaşı ilə əlaqəsini təkzib ediblər.

Qorxmaz Abbasov əvvəlki məhkumluğunu başa vurandan sonra – 2012-ci ildə Ağdaş polis şöbəsinə qeydiyyata düşməyə müraciət edib. İddiasına görə, ondan rüşvət tələb olunub. Polislə mübahisə nəticəsində şərlənərək növbəti dəfə həbsə düşüb. Polislərin saxta zərərçəkmiş və şahid ifadələri əsasında 3 illik həbs cəzası alan vətəndaş bəraət qazananadək mübarizə aparıb və nail olub. Göyçay rayon Məhkəməsi istintaq tərəfindən zərərçəkmiş və şahid kimi tanınmış polislər barəsində saxta ifadələrə görə xüsusi qərar çıxarıb. Vətəndaş da 1 ildən çoxdur ki, Daxili İşlər Nazirliyindən qərarın icrasını tələb edir. Deməsinə görə, bu tələbindən əl çəkməsi üçün polis ailəsinə təzyiq edir.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

”Gənclik Mall”da DƏHŞƏT! Qadının başı qapının arasında qaldı , gözü…

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: