Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Özbəkistanı o idarə edə bilərdi – Çılpaq fotosu yayılmasaydı…

Prezident İslam Kərimovun vəfatından sonra hakimiyyətə kimin gələcəyi hazırda dünyada ən çox müzakirə olunan mövzulardandır. 

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, 2 qızı və 1 oğlu olan mərhum prezidentin “taxtına” kimin keçəcəyi isə hələ ki, sual olaraq qalır. Bir neçə il əvvələ qədər Kərimovun “varisi” olaraq böyük qızı Gülnarənin adı çəkilsə də, çılpaq fotoları və korrupsiya ilə adı qalmaqallara qarışan Gülnarə bu şansını çoxdan itirmiş kimi görünür.

78 yaşında ölən İslam Kərimov iki dəfə evlənib. İlk evliliyindən Rüstəm adlı oğlu olsa da, onun adı heç vaxt mətbuatda hallanmayıb. Özbəkistan mediası da, məhz bu səbəbdən “varis” olaraq hər zaman ikinci evliliyi- Tatyana Kərimovadan olan qızlarının adını çəkib.

Bir vaxtlar Özbəkistanın ən varlı qadını olan və liderlik xüsusiyyətləri ilə seçilən 44 yaşlı Gülnarə atasının yerinə əsl namizəd hesab edilirdi. Onun bu yolda tək rəqibi isə özü ilə müqayisədə daha düzgün ailə həyatına sahib bacısı Lola idi. 38 yaşlı və 3 uşaq anası olan Lola Kərimova-Tillayeva yerli mətbuatda hər zaman yaxşı ailə başçısı və xeyriyyəçi kimi təqdim edilib.

Mətbuatdan uzaq gəzən Lola bir dəfə verdiyi geniş müsahibəsində bacısı Gülnarə ilə 15 ildir danışmadığını açıqlamışdı. UNESCO-nun Özbəkistan səfiri olan Lola ambisiyaları olmadığını desə də, xeyriyyə dərnəkləri ilə böyük bacısına qarşı hər zaman alternativ olmağa çalışıb. Cenevrədə yaşayan Lola 2010-cu ildə burada özünə aldığı 46 milyon dollarlıq lüks villa ilə gündəmə gəlir.

Gülnarə Kərimovun hökmranlığı 2013-cü ildə Özbəkistan Gizli Xidmət rəisi Rüstəm İnoyatovun prezident Kərimova təqdim etdiyi sənədlərlə başa çatır. Həmin sənədlərdə Gülnarənin çılpaq fotoları və rüşvətxorluğuna dair faktlar yer almışdı. Yerli media fotoları görən zaman bərk əsəbiləşən Kərimovun külqabını tullayıb, qızını döydüyünü yazmışdı.Kərimovun hirsi bununla da soyumadı və qızını ev həbsinə məhkum etdi. Mətbuata düşən açıqlamasında Gülnarə “qızıma və mənə qarşı itdən betər davranırlar” sözlərini işlətmişdi. Bütün sərvəti əlindən alınan Gülnarənin dostları da həbsə atılır. Bu azmış kimi ABŞ və Hollandiya da Gülnarəyə aid bütün sərvəti dondurur.

Hazırda Özbəkistanda “varis” olaraq görülən ən güclü namizədin Lola Kərimova olduğu bildirilsə də, o, siyasi ambisiyalarının olmadığını dəfələrlə açıqlayıb. Lakin yaxın günlərdə onların prezident postu üstündə mübarizə aparacaqları da istisna edilmir.

 

Özbəkistanı onlar idarə edə bilər -  Çılpaq fotosu yayılmasaydı...

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

İslam Kərimov öldü – RƏSMİ

%d bloqqer bunu bəyənir: