Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Öz gücünə inan və 11 sentyabrda onu ifadə et

Dostlar! Milli Şura 11 sentyabr saat 17-yə mitinq təyin edib. Mitinq “İnşaatçılar” metro stansiyasının yanındakı “Məhsul” stadionunda olacaq. Bu məqsədlə Bakı şəhər icra hakimiyyətinə müraciət edilib. Söhbət icazəli və dinc mitinqdən gedir. Söhbət vətəndaşın konstitusion haqqından gedir. Mitinqin hədəfi “Monarxiyaya YOX! Talana SON!”dur. Gəlin, Siz də öz iştirakınızla ölkəni bürümüş korrupsiyaya, rüşvətxorluğa, haqqınızın talan edilməsinə SON deyin. Gəlin, Siz də 26 sentyabrda monarxiyaya doğru atılan addıma YOX deyin. Ölkəni bürüyün iqtisadi-maliyyə böhranının birinci günündən hər addımda bizi saxlayıb mitinqin nə vaxt olacağını sorurdunuz. Çünki yarıtmaz siyasətin ilk hədəfi siz oldunuz, dağıdıcı böhranın ilk qurbanı siz oldunuz. Sizlərdən gələn sosial sifarişi nəzərə alaraq nəhayət ki, biz sentyabr ayının 11-nə ilk mitinqi təyin etdik. Gəlin, birlikdə ölkə konstitusiyasına edilən anti-konstitusion müdaxiləyə YOX deyək! Gəlin, VƏTƏN torpaqlarının 20 ildən artıq düşmən tapdağında qalmasına YOX deyək! Gəlin birlikdə vətəndaşın haqqının, hüququnun tapdanmasına, əhalinin sərvətlərinin talan edilməsinə, onun səfalətə sürüklənməsinə, xalqın səs haqqının mənimsənilməsinə SON deyək. Ölkəni monarxiya iddialarından və hüdudsuz talançılıqdan yalnız millətin iradəsi xilas edə bilər. Öz gücünə inan və 11 sentyabrda onu ifadə et!

Yazı Milli Şuranın sədri, professor Cəmil Həsənlinin facebook səhifəsindən götürülüb.

24saat.org
Loading...

Kərəm Həsənovun zavodunda üsyan: dayısı və qardaşı işçilərə pul vermir – Özəl

Sonrakı Yazı »

‘8 milyard dollar iki kanalla ölkədən çıxarılıb’

%d bloqqer bunu bəyənir: