Loading...
Loading...

Özəl təyyarədə gəzən məmur iti

Aleksei Navalny-nın rəhbərlik etdiyi Korrupsiya ilə Mübarizə Fondunun (KMF) yeni araşdırması həm Rusiya baş nazirinin müavini Igor Shuvalov, həm də onun həyat yoldaşının korqi cinsindən olan itləri barədədir.

Qurumun yeni araşdırmasından aydın olur ki, Shuvalov-lar ailəsinin sərəncamında əlahiddə uzaqmənzilli «Bombardier Global Express» təyyarəsi var.

KMF-nin əldə etdiyi informasiyaya görə, Igor Shuvalov bu təyyarəni mütəmadi olaraq işgüzar səfərləri üçün istifadə edir. Onun həyat yoldaşı isə elə bu təyyarə ilə itlərini beynəlxalq sərgilərə aparır.

Araşdırmanın əsas hissəsinin dərcindən iki saat sonra Aleksei Navalny-nın bloqunda KMF-nin hüquqşünası Ivan Zhdanov-un Shuvalov-un həyat yoldaşı Olga Shuvalova ilə telefon söhbətinin audioyazısı peyda olub.

Bu söhbətdə Olga Shuvalova bunları bəyan edib: «…Biz itlərimizi gəlir bəyannaməsində göstərilmiş təyyarəmizdə sərgilərə aparırıq. Deməliyəm ki, bu sərgi beynəlxalq səviyyəlidir, yeri gəlmişkən, orda biz Rusiyanın şərəfini qoruyuruq». Bu sitat şəbəkələrdə ildırım sürətilə yayılıb. Amma bütöv səs yazısından Olga Shuvalova-nın KMF-nın informasiyasını birbaşa təsdiqləməsi qənaətinə gəlmək olmur.

Bunu da oxu: Aleksei Navalny prezident Putin-in sinif yoldaşını korrupsiyada ittiham edir

Ivan Zhdanov AzadlıqRadiosunun rus xidmətinə aparılan araşdırma barədə danışıb:

– Shuvalov təyyarəni istifadəsində olan şəxsi əmlakı kimi gəlirləri barədə bəyannamədə göstərməli idi. Mülki Məcəllənin 130-cu maddəsinə görə, təyyarə daşınmaz əmlak sayılır. Mən Olga Shuvalova ilə danışarkən, o, praktiki olaraq təyyarənin ona məxsus olduğunu təsdiq edib. Shuvalova cavabdan yayınsa da, söhbətdə dolayı yolla təsdiqləyir ki, təyyarədə itləri sərgilərə daşıyır. Onun ifadəsi ilə desək, Rusiyanın maraqlarını təmsil etmək və şərəfini qorumaq üçün.

– Amma Shuvalova araşdırmanın nəticələrini birbaşa təsdiqləmədi.

– O, telefonda kiməsə dedi: «Mən özüm hüquqşünasam, indi deyəcəyəm…». Kimsə ona məsləhət görürdü ki, mənimlə danışmasın. Aydındır ki, o mənə təyyarənin onlara məxsus olması barədə birmənalı cavab vermək istəmirdi. Amma digər tərəfdən göstərmək istəyirdi ki, onun itləri səfərlərə aparması tamamilə normaldır. Söhbətdən görünürdü ki, o, hətta bununla fəxr edir. O, hətta hansı yollarla itləri apardığı barədə danışırdı – təyyarələrlə, gəmilərlə, bərələrlə… Bu onu həqiqətən əyləndirir və o, milyonlarla insan kasıbçılıq həddindən aşağı səviyyədə yaşadığı halda hökumət məmurlarının itlərini «biznes-сet»lərdə daşımalarını normal sayır.

Igor Suvalov-un təyyarəsi. Mənbə: navalny.com

Igor Suvalov-un təyyarəsi. Mənbə: navalny.com

– Necə düşünürsünüz, təyyarə ailənin istifadəsindədir, yoxsa onlara mənsubdur? Bu, hər-halda fərqli statusdur.

– Təyyarənin hansı şəkildə qeydiyyata alınmağını biz dəqiq deyə bilmərik. Amma Shuvalov-un bütün əmlakını təxminən necə üzərinə yazdırmasını başa düşürük – offşorlar vasitəsilə. Mən hesab edirəm ki, təyyarə Bermud adalarında hansısa offşora məxsusdur və o, sadəcə istifadədədir. Amma bu istifadəni də Shuvalov bəyannaməyə daxil etməli idi.

– KMF son vaxtlar Shuvalov haqqında çox yazır. Niyə belə?

– Bilirsinizmi, Fond korrupsiya ilə bağlı müxtəlif informasiyalar dərc edir. Shuvalov isə onlardan gözədəyən ən nüfuzlu məmurdur. Sadəcə, qəlbimin dərinliyində məni hiddətləndirən o oldu ki, bu insan 20-metrlik mənzillərə gülür, bu barədə açıqca bəyan edir, özü isə itini xüsusi təyyarədə gəzdirir. Biz çox məmurlar görmüşük, amma mən məmurun bu qədər harınlamasını təsəvvür etməzdim. Buna görə də onun haqqında bu qədər material veririk.

Igor Shuvalov KMF-nun nəşrlərinin dəfələrlə qəhrəmanı olub. Fond baş nazirin müavininin xarici mülkləri, onun 40 milyon manatlıq «Rolls-Royce»u barədə yazıb. Sonuncu hay-küylü araşdırma onun Moskvanın mərkəzində hündür binanın 14-cü mərtəbəsindəki qonşu mənzilləri alması barədə olub. Supermənzilin sahəsinin 719 kv.metr olduğu bildirilir.

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

“Türkiyə ilə zarafat etmək lazım deyil!” -Ərdoğan xalq qarşısında

%d bloqqer bunu bəyənir: