Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Oyal” sahibkarlara hücum edir – ŞİKAYƏT

24saat.org saytına müraciət edən sahibkar “Oyal” dəftərxana ləvazimatları satışı ilə məşğul olan firmanın qoçu dəstələrindən gileyləndi

Saytımıza şikayət ərizəsi ilə müraciət edən sahibkar (təhlükəsizlik məsələlərinə görə adını və soyadını açıqlamırıq) 19.05.2016-cı il tarixi

ndə başına gələn inanılmaz olaydan bəhs edib. Sahibkar iddia edir ki, o, ötən il Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsində dəftərxana mallrının satışı ilə məşğul olan dükan işlədib. Dükana “Oyal” firması öz reklam rəfini yerləşdirib və bu rəfə qoyduğu məhsulların pulunun satışdan sonra verilməsinə razı olub. Müəyyən müddət çalışdıqdan sonra rentabelliyin olmaması səbəbindən bağlanan dükandan firma vitrinini götürsə də, məhsulları müxtəlif bəhanələrlə aylarla götürməyib. Bu müddət ərzində şikayətçi dəfələrlə firma əməkdaşları ilə əlaqə saxlasa da, heç bir nəticə hasil olmayıb – məhsillar bugünədək sahibkarda qalıb.

Nəhayət 19.05.2016-ci il tarixində “Oyal”ın əməkdaşları müəmmalı hərəkətlərini məntiqi sonluqla tamamlayıblar. Səhər 08 radələrində azyaşlı uşaqla evindən çıxan sahibkarın maşının üstünə maşın sürməklə həm yol hərəkəti qaydalarını, həm Azərbaycan Respublikasının qanunlarını, həm də insanlıq qaydalarını kobud şəkildə pozan “Oyal” əməkdaşları sahibkardan götürmədikləri məhsulun pulunu tələb ediblər.

Uzun sürən mübahisədən sonra onlar etiraf ediblər ki, məhsullarını dükandan yığışdırmamağı firma rəhbərliyi tapşırıb. Onlar daha sonra bildiriblər ki, “Oyal” Azərbaycanın bütün ərazilərində bu “siyasət”i izləyir. Yəni əvvəlcə vitrinlərinə “satılanda verərsiniz” adı ilə məhsulları dolduran firma, daha sonra hazırda bəhs etdiyimiz kimi problemlər yaratmağa başlayır. Şikayətçi sahibkar bildirir ki, vitrinə əsasən vaxtı məhdud olan məhsullar, məsələn flamastr və başqa ləvazimatlar qoyulur. Özlərinin bildiyi müddətdə məhsulların istifadə müddəti bitdikdən sonra sahibkarların üstünə qoçu dəstələrini yollayan firma bununla da məqsədinə nail olur.

Məsələ ilə bağlı ciddi narahatçılığını bildiriən sahibkar saytımızaa bildirib ki, hadisə zamanı maşında olan azyaşlı uşaq gün ərzində stresdən ayıla bilməyib.

Anoloji halın yenidən baş verməməsi üçün sahibkar hquq-mühafizə orqanlarına müraciət etməyi planlaşdırır…

Mövzu diqqətimizdədir…

24saat.org

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

1 il öncə “YANAN BİNA”ya Kəmaləddin Heydərovun idarəsi YANMAZ RƏYİ VERİB – FAKT

%d bloqqer bunu bəyənir: