Now Reading:
Ötən ay OPEK-in neft hasilatı rekord həddə çatıb
Full Article 30 second read

Ötən ay OPEK-in neft hasilatı rekord həddə çatıb



Oktyabr ayında OPEK ölkələri tərəfindən neft hasilatı ay ərzində sutkada 170 min barel artaraq rekord səviyyəyə – sutkada 34,02 milyon barelə çatıb.

“Report” xəbər verir ki, bu barədə neft və şippinq şirkətləri, eləcə də, analitiklərin məlumatlarına əsaslanan şəxsi qiymətləndirmələrinə istinadən “Bloomberg” agentliyi məlumat yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı oktyabrda hasilatı 20 min barel azaldaraq sutkada 10,58 mln. barelə endirib. Ötən ay hasilat həcmində daha çox azalma Anqola nümayiş etdirib. Sözügedən ölkədə bu göstərici sutkada 230 min barel azalıb.

Eyni zamanda Liviya, Nigeriya və İran, həmçinin İraq oktyabrda hasilatı artırıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: