Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Osmanlı himayəsindəki Yaxın Şərqin 9 nadir fotosu…

Vaxtilə bu regionun sabitlik qarantı Türkiyə idi…

Türkiyədəki son dəhşətsaçan olaylar göstərdi ki, insanlıq düşmənləri  bütün vasitələrlə  müdhiş Yeni Dünya Düzəni layihəsi çərçivəsində bütün cahanı və xüsusən İslam coğrafiyasını  xaosa, qana bələmək istəyirlər. Son 100 illik tarixə nəzər saldıqda görürük ki, bəşəriyyətin ən qara günləri XX əsrin əvvəlindən 500 illik nəhəng Osmanlı dövlətinin çökdürülməsindən sonra başlanıb.  Böyük Britaniya, Fransa, Rusiya, İtaliya və s. dövlətlərin birgə səyləri nəticəsində dağıdılmış Osmanlının yerində yeni Türkiyə Cümhuriyyəti yaransa da, qalan müsəlman torpaqları, xüsusən Yaxın Şərq ingilis, rus, fransız, yunan və s. işğalçıların nüfuz dairələrinə bölündü. Onlar tərəfindən qurulmuş qondarma dövlətlər də ötən əsrin sonlarından  dağılmağa başladı. Fələstin, Liviya, Livan, Misir, İraq, Suriya, Əfqanıstan və s. bölgələrdən qaldırılan  alovun qığılcım və kösövləri artıq bir vaxtlar İslam dünyasının   sabitlik özəyi olan Türkiyəyə də sıçramaqdadır…
Moderator.az Peyğəmbərimizin(s)  vəsiyyətlərində “İslamın gələcək dayağı” kimi təqdim etdiyi türklərin qurduğu Osmanlı dövlətinin son dönəmlərində, təxminən 115-120 il öncə hazırda gündəlik  xarici düşmən hücumları və qardaş, dindaş qırğınları girdabında çabalayan  Fələstin, Livan, Suriya və s. ərazilərində çəkilmiş nadir fotolar əldə edib. Qeyd edək ki, vaxtilə “Levant” adlandırılan  o coğrafiyaya İsrail, Fələsin, Livan və Suriya daxil olub. Həmin dövrdə qara-ağ formatda çəkilərək sonradan xüsusi texnologiya ilə rəngli şəkildə bərpa edilmiş bu fotolarda  gündəlik iş və istirahətləri ilə  məşğul olan insanların təbəssümlü simaları  türk –İslam bayrağı altındakı sülh, sabitlik və hüzurdan xəbər verir. Bu gün adı çəkilən ölkələrdə belə kadrlar tapmaq mümkündürmü?..
1.Qüdsdə(Yerusəlim) bazar. 1900-cü il.
2.Xoşbəxt Fələstin uşaqları. 1900-cü il.
3.Livanlı oğlan.1900-cü il.
4.Müsəlman qoca.
5.Fələstin kəndlisi 1895-ci il.
6. Fələstin kəndliləri. 1895-ci il.
7.Fələstinli ailəsi. 1900-ci il.
8. Suriyalı qadınlar çörək bişirir.
9.Livanlı kişi dənizi seyr edir.
Sultan Laçın 

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Polad Alemdardan Ərdoğana mənəvi dəstək – DÜZƏLƏN DEYİL

%d bloqqer bunu bəyənir: