Loading...
Loading...

Öskürəyə qarşı xalq təbabəti

Həkimlər deyir ki, öskürək soyuqdəymə zamanı ən tez əmələ gələn və ən gec keçən simptomdur.

24saat.org atv.az-a istinadən bildirir ki, həkim təyin etdiyi müalicə ilə yanaşı xalq təbabəti üsullarından istifadə etməklə siz öskürəkdən daha tez qurtula bilərsiniz.

Təbii ki, istənilən xalq təbabəti üsullarından istifadə etdikdən əvvəl sizi müalicə edən həkimlə məsləhətləşin!

– Süd çox yaxşı bəlğəmgətirici xüsusiyyətlərinə malikdir. Öskürək zamanı gün ərzində 2-3 stəkan ilıq süd için.

– 1/2 təkan ilıq süd 1/2 stəkan borjomi mineral suyu ilə qarışdırın və gün ərzində 2-3 stəkan olmaqla için.

– 2 stəkan süddə 10 dəqiqə ərzində vam odda bağlı qabda 3 dənə quru əncir qaynadın və qəbul edin.

– 250 suya 1 çay qaşığı bal, 1 xörək qaşığı cirə toxumları və 1 çimdik duz əlavə edin, 5 dəqiqə ərzində qaynadın və süzün. Gün ərzində kiçik qurtumlarla qəbul edin.

– 1 stəkan süddə 10 dəqiqə ərzində vam odda bağlı qabda 1 çay qaşığı gülxətmi və 1 çay qaşığı adaçayı otları qaynadın, süzün və ilıq vəziyyətdə qəbul edin.

– Axşamdan iri baş soğan doğrayın, piyaləyə yığın və üzərinə 2 xörək qaşığı şəkər tozu əlavə edin. Növbəti gün soğandan çıxan şirəni için.

– Qara turpun ortasını oyun, içinə 2 çay qaşığı səkər tozu tökün və saxlayın. Səhər əmələ gəlmiş şirəni için.

– 1 çay qaşığı biyan kökü, 1 çay qaşığı dəvədabanı, 1 çay qaşığı bağayarpağı 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və gün ərzində qəbul edin.

– İsti ayaq vannaları da öskürəklə mübarizədə yaxşı kömək edir. Axşam yatmazdan əvvəl isti ayaq vannanı qəbul edin (ayaqlarınız topuğa kimi isti suda olmalıdır), ayaqlarınıza pambıq corab geyinin və yatın. Allergiya yoxdursa, corablara quru xardal tökün.

– 1 xörək qaşığı üzüm sirkəsi, 1 xörək qaşığı zeytun yağı, 1 xörək qağıdı kamfora yağı qarışdırılır, qalın pambıq əskiyə çəkilir və kompres şəklində xəstənin döş qəfəsinə qoyulur. Üstündən yun şərflə bağlayın və bu kompreslə yatın.

– 1 xörək qaşığı un, 1 xörək qaşığı quru xardal, 1 xörək qaşığı günəbaxan yağı, 1 xörək qaşığı bal, 1 xörək qaşığı arağı qarışdırın və su hamamında qarışdıra-qarışdıra isindirin. Alınmış kütləni pambıq əskiyə çəkin və xəstənin döş qəfəsinə qoyun. Üstündən polietilen plyonka ilə örtün, isti şərflə bağlayın və kompres soyana kimi saxlayın.

Kompresləri yalnız xəstədə hərarət notmada olduqda istifadə etmək olar.

Sadaladığımız vasitələrin birini və bir neçəsini istifadə edə bilərsiz, Məsələn, gün ərzində dəmləmə, axşam kompres və yatmazdan əvvəl ayaq vannaları.

İstənilən vasitəni istifadə etdikdən əvvəl həkimlə məsləhətləşməniz zəruridir!

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

BÜRCLƏR – 8 sentyabr

%d bloqqer bunu bəyənir: