Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Oskarlı rejissor Polanski ABŞ-a verilə bilər – Onu zorlamaya görə təqib edirlər

Polşanın ədliyyə naziri Zbiqnev Zebro Ali Məhkəmədən müvafiq qərar çıxdıqdan sonra məşhur kinorejissor Roman Polanskinin Amerika Birləşmiş Ştatlarına ekstradisiyası üçün sənədi imzalamağa hazır olduğunu bəyan edib.

Musavat.com xarici xəbər agentliklərinə istinadən bildirir ki, bu həftə, çərşənbə axşamı Zbiqnev Zebro Polanskinin ABŞ-a esktradisiyasının yolverilməzliyi barədə Krakov dairə məhkəməsinin qərarından Polşa Ali Məhkəməsinə kassasiya şikayəti verib.

Keçən il Krakov dairə məhkəməsi kinorejissorun ABŞ-a təhvil verilməsinin mümkün olmadığını bildirib. Əgər ali məhkəmə instansiyası qərarı dəstəkləsə Polanskinin ABŞ hüquq mühafizə orqanlarına təhvili məsələsi birdəfəlik qapanacaq.

Əks halda, yəni Krakov dairə məhkəməsinin qərarı ləğv edilsə son söz Polşa ədliyyə nazirinin imzasına qalacaq.

Polşa ədliyyə naziri Ali MƏhkəmədən belə bir qərar çıxması halında ABŞ-ın ekstradisiya tələbini təmin edəcəyini bildirib.

Xatırladaq ki, “Oskar” mükafatının sahibi Roman Polanski 2009-cu ildə bir kinofestivalda iştirak etmək üçün getdiyi Sürix şəhərində ABŞ dövlətinin tələbi ilə İsveçrə polisi tərəfindən həbs olunub. Roman Polanski 1977-ci ildə Samanta Geymer adlı bir qızı zorlamaqda ittiham olunur.

Daha sonra İsveçrə məhkəməsi oskarlı kinorejissoru 4,5 milyon dollar girov müqabilində həbsdən azad edib. 2010-cu ildə İsveçrə ABŞ-ın eyni tələbini geri çevirərək Polanskini esktradisiya etməkdən imtina edib.

Hazırda Polanski ABŞ tərəfindən beynəlxalq axtarışda olan şəxs kimi tanınır.

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

5 ildən sonra açıqladı: “Oğlumun atası odur!”

%d bloqqer bunu bəyənir: