Loading...
Loading...

Orta aylıq əməkhaqqı açıqlandı

2016-cı il mayın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 501,6 min nəfər olmuş, onlardan 891,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 610,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.

Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, muzdla işləyənlərin 22,6 faizi təhsil, 18,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,1 faizi sənaye, 8,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,4 faizi tikinti, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 10,8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2016-cı ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq 487,5 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, tikinti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur (marja.az).

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Azərbaycanda dollarlaşma 80 faizi keçdi

Loading...
%d bloqqer bunu bəyənir: