Loading...
Loading...

“Ordu prosesə sona qədər əl qoysaydı, çevriliş edə bilərdi”

İlham İsmayıl: “Xalq çıxdı və məsələnin qarşısı alındı” görüntüsü inandırıcı görünmür”

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl 24saat.org-a açıqlamasında Türkiədəki hərbi çevriliş cəhdini dəyərləndirib:
“Bu, mövcud idarəetmə sistemi ilə Türkiyə Silahlı Qüvvələri (TSQ) arasında zaman-zaman yaranan gərginliyin nəticəsidir. Bundan öncə türk ordusunun bir çox məşhur generalları həbs olunmuşdur. Bu günə qədər baş verən proseslər bir növ kasanı doldurmuşdu. Ordunun üst düzeyində olanlar deyil, bir qədər aşağılardakı bəzi şəxslər çevrilişlə bağlı addım atdılar. Lakin bu addım uğursuz alındı. Açığını deyim ki, hadisələrin qısa zamanda qalxması və enməsi qəribə təsir və təəssürat oyadır. Olayların bir tamaşa olduğunu ehtimalını artırır. TSQ işə sona qədər əl qoysaydı, yəqin ki, çevriliş edə bilərdi. “Xalq çıxdı və bununla da məsələnin qarşısı alındı” görüntüsü inandırıcı görsənmir.
Əsgərlərin əllərini qaldırıb təslim olması, bu görüntülərin efirdə verilməsi Türkiyəni çox pis duruma saldı. Onu daxili və xarici düşmənləri qarşısında xoş olmayan vəziyyətə saldı. Bundan Türkiyənin həm daxili, həm də xarici düşmənləri yararlanacaq”.

Seymur Əliyev

24saat.org

24saat.org
Loading...

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Tanklar onlarla insanın üstündən keçdi

%d bloqqer bunu bəyənir: