Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Orda səni alçalda bilərlər…” – Əkrəm Əylisli

“Mən ömrümdə nə polis qapısı tanımışam, nə də prokurorluq. Mənim üçün bunlar hamısı təzədir və çox qəribədir. Dedilər: «Sizi çağırdıq ki, tanış olaq».

Mən də düzü, bilmirəm axı, nə tanışlıqdı. İçəri girəndə hamısı dedi: «Xoş gəlmisiz». Mən də cavab verdim: “Xoş gəlmisən” yaxşı sözdür, amma bu idarədə yox» (gülür). Burda özümə qarşı düşmənçilik görmədim. Mənə düşmən lazım deyil, mənə sevgi lazımdır”.
Bunu yazıçı Əkrəm Əylisli deyib. Sentyabrın 6-da istintaqa çağrılan Ə. Əylisli bildirib ki, o alın yazısına inanan adamdır, nə olmalıdırsa, o da olacaq: “Açığı, mən oriyentiri hardasa itirmişəm. Dəqiq proqnoz verə bilmirəm. Elə şeylər gördüm, yaşadım ki… Mən şəxsən hər şeyi gözləyə bilərəm. Həbsdən qəti qorxmuram. Amma bu yaşımda həbs olunmağım artıq həbs yox, ölüm hökmüdür. Xüsusi rejimdə yaşayan insanam, maksimum 10 gün orda yaşayaram… Bir tikə çörək yeyə bilmərəm orda, yəni aclıqdan da ölə bilərəm… Həbsxanada olmaq heç də şərəfsizlik deyil. Həbsxanaya düşmək çox sağlam cəmiyyətdə, çox ideal cəmiyyətdə şərəfsizlik olardı! Belə ideal cəmiyyət yoxdur. Bizim cəmiyyətdə həbsxanadakıların yarısının günahsız olduğu məlumdur, belə vaxtda həbsxanaya düşmək şərəf olardı! Amma mənə bu şərəf düşmür. Mənim yaşımda orda yaşamaq mümkün deyil. Yaşın xəstəlikləri var, fəsadları var. Yaşın alçaldıcı məqamları var. Kişi kimi ömür yaşayan heç kəs ömrün hansısa məqamında alçalmaq istəməzdi. Orda səni alçalda bilərlər…
Hərdən ayılıram, deyirəm ki, «kaş bu yaşananlar yuxu olaydı». Evimin qabağında kitabımı yandırırlar, deyirəm ki, «kaş yuxu olaydı». Üstündən bir az keçir, parlamentdə ən yaxın dostlarım, keçmişdə mənə böyük hörmət göstərən adamlar ağızlarına gələni danışırlar, deyirəm, «Allah, kaş bu yuxu olaydı». Əylisdə kitabımı yandırırlar, yenə deyirəm, «kaş yuxu olaydı»… Kaş bu son hadisələr də yuxu olaydı. Ayrı söz tapmıram deməyə…
Bu da keçəcək yəqin. Axı, məni Azərbaycan ədəbiyyatından çıxarmaq mümkün deyil. Məni dünya ədəbiyyatından da çıxarmaq mümkün deyil”.(azadliq.org)

24saat.org
Loading...

Tarif Şurasının yalanını İFŞA ETDİK – Azərbaycan Qazı Pulsuz Alır – FAKT

Sonrakı Yazı »

Cahangir Hacıyevin məhkəməsi təxirə salınıb

%d bloqqer bunu bəyənir: