Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Oqtay Şirəliyevin menyüsünə

«Zavxoz»u baş həkim təyin ediblər

Mərkəzi Dənizçilər Xəstəxanasının (KASPAR) nəzdində fəaliyyət göstərən poliklinikada qəribə hadisə baş verib. Redaksiyamıza daxil olan məlumata görə, poliklinkanın baş həkimi tutduğu vəzifədən azad edilib.

Onun yerinə isə poliklinikanın “zəvxoz”u, hətta orta tibbi savadı olmayan Fəxrəddin Abdullayev təyin edilib. Poliklinikanın adının çəkilməsini istəməyən işçiləri deyir ki, Fəxrəddin Abdullayev Texniki Universiteti bitirib. Onun baş həkim təyin edilməsi KASPAR-ın baş həkiminə yaxın şəxs olması ilə bağlıdır.

Qeyd edək ki, məhz bu cür təyinatların nəticəsidir ki, səhiyyə sahəsində vaxtaşırı biabırçı hadisələr baş verir.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Asif Lətifova qarşı qanunsuzluq davam edir

%d bloqqer bunu bəyənir: