Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Oqtay Əsədov Rusiyaya gedir

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın növbəti Şura və plenar iclaslarında iştirak etmək üçün mayın 18-dən 20-dək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdə olacaq.

24saat.org Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, deputatlardan İlham Məmmədov, Rauf Əliyev, Mirkazım Kazımov, Fəzail Ağamalı, Rüfət Quliyev, Aparatın rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

MDB PA-nın Şura iclasında qurumun xətti ilə təşkilata üzv ölkələrdə keçirilmiş prezident və parlament seçkilərinin monitorinqi, Parlament Assambleyasının ötənilki fəaliyyəti və digər məsələlər müzakirə olunacaq.

Təşkilatın 44-cü plenar iclasında “Energetikanın inkişafının əsasları haqqında”, “Bioloji müxtəlifliyin qorunması, istifadəsi, yenidən bərpası haqqında”, “Ekoloji ekspertiza haqqında” və digər model qanunlara baxılacaq, kosmik fəzadan dinc məqsədlərlə istifadə olunması barədə fikir mübadiləsi aparılacaq.

Deputatlarımız orada MDB PA-nın daimi komissiyalarının iclaslarında iştirak edəcək, müzakirə olunacaq məsələlərə öz münasibətlərini bildirəcəklər.

Səfər çərçivəsində Milli Məclis sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub. Bu görüşlərdə MDB PA-nın fəaliyyəti, parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunacaq.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

“Hakimiyyət dialoq təklifinə lağ-lağı münasibət bəsləyir”

%d bloqqer bunu bəyənir: