Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
4043872301480666306

OPEK-in razılaşması da manatın kursuna təsir etməyəcək – bədbin PROQNOZ

OPEK-in neft hasilatının azaldılması ilə bağlı razılaşmasından sonra manatın məzənnəsinin necə dəyişəcəyi yenidən gündəmdədir.

Aydındır ki, neftin qiyməti manatın məzənnəsi üçün önəmlidir. Bəs mövcud qiymət milli valyutamızın məzənnəsini stabilləşdirə bilərmi? Ümumiyyətlə, manatın kursunun stabilləşməsi üçün neftin qiyməti neçə olmalıdır?

 

İqtisadçı Vüqar Bayramov bu barədə Modern.az-a  şərh verib. O deyib ki, manatın məzənnəsi üçün neftin qiyməti ilə yanaşı, Dövlət Neft Fondundan xərcləmələr səviyyəsi olduqca vacibdir:

 

“Çünki manatın taleyini artıq daha çox Mərkəzi Bankın intervensiyası deyil, Neft Fondunun hərraca çıxardığı dollarların məbləği müəyyənləşdirir. Bu baxımdan, Fondun xərcləmələrinin artması birbaşa dollar təklifini artırır və ya əksinə, “az xərcləmə – az dollar” deməkdir.

 

Bu ilin 9 ayında 4 milyard dollar satan Fond həmin müddətdə cəmi 3 milyard 823 milyon manat xərcləyib. Həmin müddətdə manatın dollara orta məzənnəsini nəzərə aldıqda bu o deməkdir ki, sözügedən dövrdə fondda orta hesabla 2 milyard 440 milyon manat milli valyuta artıqlığı olub. Təbii ki, fond belə manat artıqlığı prinsipi ilə uzun müddət hərraclara çıxa bilməz. Bu sözügedən qurumun strategiyasına da tam uyğun gəlmir”.

 

Neft Fondunun gəlirləri azalacaq

 

Ekspert bildirib ki, dövlət xərcləmələri və Neft Fondunun dollar satışı manatın məzənnəsi üçün yaxın illərdə əsas amil olacaq:

 

“Ehtiyatlarının 75 faizini itirən Mərkəzi Bank 4 milyard dollarlıq rezerv ilə artıq prosesə birbaşa müdaxilə etməkdə maraqlı görünmür. Deməli, neftin indiki qiymət artımları Azərbaycanda dollara olan tələbi azaltmayacaq. Təbii ki, bu kontekstdən manatın məzənnəsinin möhkəmlənməsi real deyil. Digər tərəfdən, neftin dünya bazar qiymət hətta 60 dollara çatsa da belə, bu, manatın möhkəmlənməsi üçün yetərli deyil. Çünki bu halda da Fondun qənaət prinsipi davam edəcək və nəticədə bazarda dollar qıtlığı olacaq. Eləcə də, 2017-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin həcmi azalmaqda davam edəcək. 2017-ci ildə 1,5 mlrd. manat azalmadan söhbət gedir”.

 

“Dollar qıtlığı daha da artacaq”

 

V.Bayramovun sözlərinə görə, Fond gələn il daha az dollar satacaq:

 

“Ona görə də, neftin dünya bazar qiyməti manatın məzənnəsi üçün əhəmiyyətli olsa da belə hələlik mövcud qiymət valyuta bazarımıza təsir etmir. Bizim qiymətləndirmələr göstərir ki, əgər neftin qiyməti kəskin artmazsa və bazara ciddi intervensiya olmazsa növbəti ildə də dollara tələbin artması fonunda manatın ucuzlaşması müşahidə ediləcək.

Bütövlükdə, bu ilin ortalarında qeyd etdiyim kimi, gələn il Rusiya və Qazaxıstanda olduğu kimi, Mərkəzi Bankın mövcud məzənnə siyasətindən istifadə edib liberal üzən siyasətinə keçməsi ehtimalı kifayət qədər yüksəkdir. Bu halda isə, hətta Neft Fondunun mövcud transfertləri də manatın ucuzlaşmasının qarşısını ala bilməyəcək”.

 

Qeyd edək ki, OPEK ölkələrinin Vyanada keçirilən sammitində tərəflər neft hasilatını sutkalıq 1,2 milyon barel azaldaraq 32,5 milyon barel səviyyəsində dondurmağa razı olublar.

 

24saat.org
Loading...

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin tədbirində Azərbaycana qarşı hörmətsizlik – VİDEO

Sonrakı Yazı »

“Azərsun” qiymətləri qaldırdı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: