Loading...
Loading...
sanusi-barkindo

OPEK-in baş katibi Bakıya gələcək

“OPEK-in baş katibi Mühəmməd Sanusi Barkindo Azərbaycana rəsmi səfərə gəlmək niyyətindədir.”

Bu barədə energetika naziri Natiq Əliyev “Respublika” qəzetində dərc edilən “Dünya bazarında neft: reallıqlar və perspektivlər” adlı məqaləsində qeyd edib.

Nazir bildirib ki, bu səfərin kartellə əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaradacağı, neft ixrac edən ölkələr sırasında və dünyada Azərbaycanın nüfuzunu daha da artıracağı nəzərə alınaraq, Prezident İlham Əliyevin razılığı ilə M.Barkindoya energetika naziri tərəfindən dəvət məktubu göndərilib.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

“Gələn ilin dövlət büdcəsinə 101 milyon manat cərimə və sanksiya ödənilməlidir”

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: