OPEK-dən neft qiymətləri ilə bağlı açıqlama

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) neft bazarındakı zəifləmənin davam edəcəyini proqnozlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə OPEK-in aylıq hesabatında deyilir. OPEK-in proqnozuna görə, qlobal neft bazarlarında qiymətlərin üç ayın ən aşağı səviyyəsinə enməsinə səbəb yay fəsli ilə əlaqədar tələbatın azalması və neft ehtiyatlarının yüksək səviyyədə qalmasıdır. Xam neft təklifinin artmasının təsiri ilə şirkətlərin gəlirinin azalması nəticəsində ABŞ və Avropadakı zavodlar tutumdan istifadə nisbətini aşağı salacaq.

Hesabatda ABŞ-da benzin istehlakının yay fəslinin bitməsi ilə azalacağı da bildirilir.

15 nəfəri öldürən penoplast deputatın “Kristal Abşeron”una üzlənib – Şikayət

Sonrakı Yazı »

Liviya parlamenti danışıqlardan imtina etdi

%d bloqqer bunu bəyənir: