Now Reading:
OPEK-ə yeni baş katib təyin olunacaq
Full Article 30 second read

OPEK-ə yeni baş katib təyin olunacaq



OPEK neft təşkilatının baş katibi Abdulla Salam Əl Bədri vəzifəsindən azad olunacaq.

“Qafqazinfo”nun məlumatına görə, təşkilatın növbəti həftə, iyunun 2-də baş tutacaq iclasında yeni baş katib seçiləcək. Bu barədə “The Wall Street Journal” yazıb.

İyun iclasında 2013-cü ildən baş katiblikdən ayrılmaq istəyən Abdulla Salam Əl Bədri istefaya göndəriləcək.

Nigeriya bu vəzifəyə Məhəmməd Barkindonu, Venesuela isə Əli Rodriqesi namizəd kimi göstərib.

Qeyd edək ki, hazırda OPEK ölkələrinə Əlcəzair, Anqola, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela və İndoneziya daxildir.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: