Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
opec

OPEC-in növbəti iclası mayın 25-də Vyanada keçiriləcək

OPEC-in növbəti iclası mayın 25-də, Avstriyanın paytaxtı Vyanada keçiriləcək.

“RİA Novosti” agentliyinin verdiyi xəbərə görə, bu barədə təşkilatın bu gün keçirilmiş 171-ci iclasında qərar qəbul olunub.

Xatırladaq ki, bu gün OPEC-ə üzv ölkələr neft hasilatının azaldılması ilə bağlı razılıq əldə edib.

Razılığa əsasən, OPEC ölkələri hasilatı sutkalıq 1,2 mln. barrel azaldacaq. Bununla da sutkalıq neft hasilatı 32,5 mln. barrelə qədər enəcək.

Neft hasilatının azaldılmasına dair razılıq 2017-ci il, yanvarın 1-dən qüvvəyə minəcək. Razılaşma altı ay müddətinə, bir ilə qədər uzadılması mümkünlüyü ilə imzalanıb.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

QƏRAR QÜVVƏYƏ MİNDİ – Elektrik enerjisinin qiyməti rəsmən artdı

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: