Now Reading:
“Onunla eyni yastığa baş qoyub, qocalmaq istəyirəm” – Günel
Full Article 1 minutes read

“Onunla eyni yastığa baş qoyub, qocalmaq istəyirəm” – Günel



Türkiyədə yaşayan azərbaycanlı müğənni Azəri Günel Zeynalova yeni işindən danışıb.



Türkiyə mediasına açıqlama verən ifaçı Sibel Candan rəqslər öyrəndiyini deyib:

“Yandım evladım” klipində rəqs etmişəm, buna görə özəl dərs almışam. Çaça, sanba bilirdim. Sibel Cana dedim ki, mənə öz oynamaq tərzini öyrət. Amma utanırdım. Sibel xanım dedi ki, bir az nazlanacaqsan. Ondan sonra oynamağa başladım. Yeni rəqslərimi klipimdə görəcəksiniz”.

Pizza restoranı açıb, brilyant satışı ilə məşğul olan Günel bununla bağlı sualları da cavablandırıb:

“Bu aralar hər işlə məşğul olmağa başlamışam. Azərbaycanda bəzək əşyalarını çox sevirlər. Taxmayana kasıb deyirlər. Ona görə də biz çox aksessuar taxırıq. Aksesuarlarımda brilyanta üstünlük verəcəm. İlk hədiyyəmi Sibel Cana göndərəcəm. Digərini isə İbrahim Tatlısəs üçün hazırlayacam. Bülent Ersoya hədiyyə göndərməyə pulum çatmaz. O böyük brilyantları sevir (gülür)”.

Şəxsi həyatından danışan müğənni yalnız bir dəfə ailə quracağını deyib:

“Özüm üçün nişan üzüyü eskizi hazırlamışam. Hazır olanda onu taxacam və bir daha barmağımdan çıxarmayacağam. Azərbaycanda bir dəfə evlənirlər. Mən də bir dəfə evlənmək, onunla eyni yastığa baş qoyub, onunla qocalmaq istəyirəm”.

Qeyd edək ki, G.Zeynalova Cem Ozan Torunlar adlı iş adamı ilə sevgilidir. İfaçı pizza evini də onunla birlikdə açıb.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: