Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
76131-1.jpg

“Onlayn mediaya maliyyə yardımının ayrılması təklifinə müsbət baxıram”

Aydın Mirzəzadə: “Elektron media bu gün mediamızın tərkib hissəsinə çevrilib”

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaçov parlamentdəki çıxışında çap mediasına göstərilən qayğının onlayn mediasına da göstərilməsinin vacibliyini vurğulayıb, elektron mediaya belə bir yardımın göstərilməsinin zəruriliyni əsaslandırıb.

Məsələ ilə bağlModerator.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə Ə.Amaşovun məlum təklifini məqsədəuyğun hesab etdiyini bildirib:

“Onlayn media bu gün mediamızın tərkib hissəsinə çevrilib. Odur ki, mən bu təşəbbüsü məqbul hesab edir və buna müsbət yanaşıram. Ümumən götürəndə, bu təklifi nəzərdən keçirmək olar.

Unutmaq olmaz ki, Azərbaycanda oturuşmuş və cəmiyyət tərəfindən obyektivliyi qəbul olunan onlarla media resursu var.

Hesab edirəm ki, bu məsələnin detallarını Mətbuat Şurası müəyyənləşdirə bilər. Nəzərə alsaq ki, Mətbuat Şurasının özü mətbuat adından danışan strukturdur, bu qurum belə bir təşəbbüslə çıxış edə bilər”.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Çovdarov agenturaya ayırılan 3 milyonu talayıb

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: