Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Onların hamısı son nəfərinə kimi dar ağacından asılmalıdır”

Qabil Hüseynli: “Bunlar sivilizasiyadan kənar insanlardır”

Türkiyənin Qazıantep şəhərində toy şənliyində baş verən terror zamanı onlarla insanın həlak olması qardaş ölkə ilə yanaşı, Azərbaycanda da ciddi təəssüf və qəzəbə səbəb olub.Moderator.az-a açıqlamasında baş verən məlum olay, eləcə də son günlər Türkiyədə baş verən digər terror aktlarına münasibət bildirən politoloq Qabil Hüseynli, Qazıantepdəki olayın İŞİD terror təşkilatının əsl mahiyyətini ortaya qoyduğunu bildirdi və ona qarşı amansızcasına mübarizə aparmağın vacibliyini vurğuladı:

“Qazıantep şəhərindəki toyda reallaşdırılan terror aktı İŞİD-in, bu terror təşkilatına üzv olan insanların necə qroxunc və sivilizasiyadan kənar insanlar olduğunu bir daha ortaya qoydu. Baş verən olay göstərdi ki, onlar hər cür insanlıqdan məhrum olan adamlardır və onların hamısı son nəfərinə kimi dar ağacından asılmalıdır. Çünki onların mövcudluğu insanlıq üçün təhlükədir. Onlar öz əməlləri ilə İslam dinini də gözdən salır, bəzi insanlarda İslamla bağlı yanlış fikirlərin yaranmasına səbəb olurlar. Hesab edirəm ki, Qazıantep terroru İŞİD-ə qarşı amansız mübarizə aparmağın zəruriliyini bir daha sübut etmiş oldu”.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Qarabağ boyda dərdi olan ölkəyə qarpız festivalı lazımdırmı?

%d bloqqer bunu bəyənir: