Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ömürlük məhbuslarla bağlı Dəyirmi Masa keçiriləcək

Moderator.az xəbər verir ki, Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin növbəti iclasında məhbusların şikayətlərinə baxılıb, bir sıra məsələlərin ictimailəşdirilməsi, ölkə rəhbərliyinin diqqətinə çatdırılması qərara alınıb.

İclasda ömürlük həbs cəzalarının müddətli həbslə əvəz olunması məsələsi xüsusi olaraq müzakirə edilib. Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri, Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Akif Nağı bildirib:

“Bu məsələ çox aktualdır, dünyanın bir çox ölkəsində ömürlük həbs cəzası yoxdur, ya da bu cəza növü çox nadir hallarda tətbiq olunur. Əksər ölkələrdə 15-20 il arasında müddətli həbs cəzası tətbiq olunur. Bizdə isə ömürlük həbs cəzası adi hala çevrilib, elə hallar var ki, bir nəfərin ölümünə görə bir neçə nəfərə bu cür ağır həbs cəzası verilib. Bütün bunlar cəmiyyətdə narazılıq yaradır, haqq-ədalətə inamı öldürür”.

İclasda Komitənin üzvlərindən Müslimat Rzaxanova, Minayə Quliyeva, Təranə Məmmədova, Rafiq Pənahpur, Akif Qurbanov, Gülara Saniyeva, Məhluqə Nurəliyeva, Südabə Əlixanova və digərləri çıxış edərək təkliflərini veriblər. Sonda sentyabrın əvvəlində ömürlük məhbuslarla bağlı geniş tərkibli Dəyirmi Masanın keçirilməsi, qaldırılan məsələlərlə bağlı dövlət başçısına müraciət olunması qərara alınıb.

 

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

Aydın Əliyev “Sınıq körpü”də yaranan tıxacın səbəbini açıqladı

%d bloqqer bunu bəyənir: