Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
1480671234_17

Ombudsmandan hökumətə təklif – “Sənədsiz evlər sənədləşdirilsin”

“Sənədsiz evlər və onalrın altında olan torpaqlarını sənədləşdirilməlidir”

Politika.Az
xəbər verir ki, bunu Ombudsman Elmira Süleymanova parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Bynəlxalq münasibətlər və parlamentlərarası, İnsan hüquqları, Regional məsələlər, İdman və gənclər komitəsinin birgə iclasında növbəti ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu gün xüsusən Bakı və Abşeronda vətəndaşların özlərinin mənzil problemini həll etmək üçün fərdi evlər tikiblər ki, bu evlərin də sənədləri olmadığında bir sıra problem yaradır. “Ona görə də hökumət təklif edirəm ki, bu sahədə yaranan problemi aradan qaldırmaq üçün sənədsiz evlərə və onun altındakı torpaqlar sənədləşdirilməlidir. Əgər bu evlər sənədləşidirlərsə, bu büdcəyə əlavə gəlir deməkdir. Onu da deyim ki, belə evlər az deyil və yetərincədir. Ona görə də bu problem nə qədər tez həllini taparsa, bundan dövlət də udar”- deyə. E. Süleymanova bildirib.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Xaricə getmədən pulla saxta diplom alanlar var

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: