Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

“Ombudsman Aparatı insan haqlarını deyil, hakimiyyətin repressiya siyasətini müdafiə edir”

 

Oqtay Gülalıyev: “Bu qurumun mövcudluğu artıq formal xarakter daşıyır”

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyev 24saat.org-a açıqlamasında Ombudsman Aparatı ilə bağlı kəskin tənqidi fikirlər səsləndirib. O.Gülalıyev bu qurumun fəaliyyətinin formal xarakter daşıdığını vurğulayıb:

“Təəssüflə qeyd etmək lazımdır ki, bir sıra dövlət qurumlarına və dövlət büdcəsindən maliyələşən təşkilatlara olduğu kimi Ombudsman Aparatına da gözlənilən ehtimallar özünü doğrultmadı. Yəni bu qurum həqiqətən ölkəmizdə haqqı- hüququ tapdananların deyil, tapdayanların yanında durdu. Şərin, böhtanın, repressiyanın yanında durdu. “Heykəl məhbusları”- na verilən işgəncələrə isə Ombudsman Elmira Süleymanovun sərgilədiyi reallıqdan uzaq, doğru olmayan qeyri- insanı münasibət və rəy isə hər şeyi çılpaqlığı ilə açıb ortaya qoydu. Ombudsman Aparatı insan haqlarını deyil, hakimiyyətin repressiya, işgəncə siyasətini müdafiə edir. Bu qurumun mövcudluğu artıq formal xarakter daşıyır”.

Seymur Əliyev

24saat.org

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Seyran Ohanyan həmin 800 hektardan danışdı: “Ola bilsin danışıqlar predmeti olacaq”

%d bloqqer bunu bəyənir: