Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
101354

Ombudsman 13-cü “kalon”da işgəncə olayını araşdıracaq

“Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsinə xüsusi təyinatlıların yeridilməsi haqda xəbəri mətbuat vasitəsiylə öyrənmişik. Hazırda sözügedən hadisəylə bağlı işgəncə faktının olub-olmaması haqda araşdırmalar aparırıq”.

Bu haqda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı) Aparatın İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsinə xüsusi təyinatlıların yeridilməsi və müəssisəyə daxil olan xüsusi təyinatlıların məhbuslara qarşı fiziki zorakılıq göstərmələriylə bağlı sorğuya cavabında bildirib. Onun sözlərinə görə, hazırda səfərdə olan Ombudsman Elmira Süleymanova bu haqda məlumatlandırılıb: “Ombudsman Elmira Süleymanova bu haqda məruzə olunub və məsələ tərəfimizdən araşdırılır. Araşdırmanın nəticələriylə bağlı mətbuata açıqlama vercəyik”-, deyə o bildirib.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsinə xüsusi təyinatlılar yeridilməsiylə bağlı Gununsesi.info-ya Penitensiar Xidmətdəki mənbədən məlumat daxil olub. Məlumata görə, müəssisəyə daxil olan xüsusi təyinatlılar məhbuslara qarşı fiziki zorakılığa əl atıblar. Məhbuslardan Füzuli Rayon sakini Elvin Mahmudov və Cəlilabad rayon sakini Emin Əlizadə ağır bədən xəsarətləri alıb. Dəhşətli işgəncəyə məruz qalan hər iki məhkum müəssisədən çıxarılaraq, “Tubzon” (“vərəm zonası” mənası verir – red.) adlandırılan “işgəncə kalonu”na göndəriliblər.
Qeyd edək ki, ölkənin bütün müəssisələrində “islah olunmayan” məhkumlar “Tubzona” göndərilir və orada amansız işgəncələrlə üzləşirlər. Məlumatda qeyd olunur ki, hər iki məhkum orada ac-susuz saxlanılır, gündə iki dəfə döyülür. Xatırladaq ki, 13 saylı cəzaçəkmə məsissəsində vicdan məhbuslarından Əbdül Əbilov və İlkin Rüstəmzadə saxlanılır.(gununsesi.info)

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Terrorçuların bayrağı Qarabağda sancıldı…

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: