Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ölüm də İlhamə Quliyevanın qarşısını kəsə bilmədi – O yenə birincidir

Kamran Həsənli, Tarix Əliyev (Tolik), Rauf Əhmədov və Elşad Xose haqqında ən çox mənfi xəbər yayımlanan şou-biznes nümayəndələri olublar. Almaz Ələsgərli isə haqqında ən çox müsbət xəbərlər dərc olunan müğənni olub.

Media Təqib Mərkəzindən daxil olan 2016-cı ilin iyul ayı üzrə şou-biznes nümayəndələri ilə bağlı monitorinqin nəticələrini təqdim edir.
2016-cı ilin iyul ayında elektron mətbuatda, yəni sayt və portallarda şou-biznes nümayəndələri ilə əlaqəli 10796 xəbər yerləşdirilib. Bunlardan 236 xəbər mənfi, 24 xəbər müsbət və 10536 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Kamran Həsənli (57 xəbər – bacısının istintaqa cəlb olunması), Tarix Əliyev (45 xəbər –  icra başçısının Toliki təhqir etməsi, Dağıstanın üzünü görməyib fəxri ad alanlar başlıqlı xəbərlər), Rauf Əhmədov (34 xəbər –  Ağdamın işğal günündə 18+ parti etməsi), Elşad Xose (34 xəbər –  Ağdamın işğal günündə 18+ parti etməsi). Müsbət xəbərlər isə Almaz Ələsgərliyə (24 xəbər –  “Mövsümün sevilən aktrisası” nominasiyası üzrə təltif olunması) məxsusdur.
Saytlarda xəbər sayına görə sıralama:
İlhamə Quliyeva – 653 xəbər
Röya Ayxan – 538 xəbər
Flora Kərimova – 399 xəbər
Elza Seyidcahan – 391 xəbər
Zülfiyyə Xanbabayeva – 382 xəbər
Tarix Əliyev – 330 xəbər
Tünzalə Ağayeva – 314 xəbər
Aygün Kazımova – 313 xəbər
Brilliant Dadaşova – 301 xəbər
Natəvan Həbibi – 291 xəbər
Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 382 xəbər dərc edilib. Bu xəbərlərdən 376-sı neytral, 2-si müsbət, 4-ü isə mənfi xəbərlərdir. Mənfi xəbərlər Teymur Əmrah (2 xəbər – Flora Kərimovanın müğənni haqqında fikirləri) və Kamran Həsənliyə (2 xəbər – bacısının istintaqa cəlb olunması) məxsusdur. Müsbət xəbərlər isə Almaz Ələsgərliyə (2 xəbər –  “Mövsümün sevilən aktrisası” nominasiyası üzrə təltif olunması) məxsusdur.
Qəzet və jurnallarda xəbər sayına görə sıralama:
Tünzalə Ağayeva – 32 xəbər
Flora Kərimova – 19 xəbər
İlhamə Quliyeva – 19 xəbər
Zülfiyyə Xanbabayeva – 13 xəbər
Röya Ayxan – 13 xəbər
Elza Seyidcahan – 11 xəbər
Alim Qasımov – 11 xəbər
Faiq Ağayev – 11 xəbər
Gülyanaq Məmmmədova – 11 xəbər
Aygün Kazımova – 10 xəbər
İyul ayında televiziya kanallarında şou-biznes nümayəndələri haqqında 89 xəbər göstərilib.
Televiziya kanallarında xəbər sayına görə sıralama: 
Əlikram Bayramov – 5 xəbər
İlhamə Quliyeva – 5 xəbər
Elariz Məmmədoğlu – 4 xəbər
Rüfət Axundov – 4 xəbər
Kərim Abbasov – 4 xəbər
Rəhim Rəhimli – 3 xəbər
Ədalət Şükürov – 3 xəbər
Cavanşir Məmmədov – 3 xəbər
Gülay Qədirova – 3 xəbər
Nadir Qafarzadə – 3 xəbər
Qeyd edək ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya  kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.(ölkə.az)

24saat.org
Loading...

“Ölkə başçısı Tarif Şurasının qərarını dayandıra bilər”

Sonrakı Yazı »

Rəqsanənin qızı sevgilisi ilə Bodrumda – Fotolar

%d bloqqer bunu bəyənir: