Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
olland.jpg

Olland: “İslam problemli dindir”

Fransa Prezidenti Fransua Ollandın müsəlmanları qəzəbləndirəcək açıqlaması ortaya çıxıb.

Axar.az xəbər verir ki, “Le Monde” qəzetinə verdiyi müsahibə əsasında yazılan kitabda Olland islamın problemli din olduğunu deyib:

“İslam problemli dindir. Bunu heç kim inkar edə bilməz. İslamın təhlükəli din olduğunu demirəm, ancaq bu din siyasiləşib. Fransanın islam problemi var. Əgər müsəlmanlar islamın radikallaşmasını tənqid etməsə və imamlar da anti-demokrat mövqe sərgiləsə, bu, ciddi mübarizə tələb edən problemə çevriləcək”.

Kitabın miqrantlarla bağlı hissəsində Olland ölkəyə həddindən artıq insanın gəldiyini bildirib:

“Onlara fransız dilini və buradakı yaşayış tərzini öyrədirik, amma daha sonra başqa yeni qrup gəlir və hər şeyi yenidən başlayırıq. Üstəlik, bu axın heç dayanmır. Ancaq bir yerdə buna “dur” demək məcburiyyətindəyik”.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

İran hərbi gəmilərini Yəmənə göndərdi

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: