Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ölkəyə müxalifət yox, 3 milyon rüşvət verən yaraşmır

Tağı Əhmədov yenə də öz ampluasındadır

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri, Bakı Metropoliteninin sabiq rəisiTağı Əhmədov teleqraf.com-un suallarını cavablandırıb.Tağı Əhmədov suallara cavab verərkən xeyli ziddiyyətli fikirlər səsləndirib.
Əvvəlcə bildirib ki, “müxalifət” sözü Azərbaycana yaraşmır. İzahını belə verib ki, bu gün prezidentin apardığı işlər xalqın rifahına xidmət edir.
Bu adam hakim partiyanın Yasamal rayon şöbəsinin sədridir. Amma hələ də bilmir ki, ölkədə müxalifətin olması prezidentlin hansı işlər görməsiylə əlaqədər deyil. Bu məntiqlə yanaşsaq, inkişaf etmiş Qərb ölkələrində ümumiyyətlə fərqli fikir, müxalif partiyalar olmamalıdır. Çünki, bu ölkələrdə əhalinin həyat şəraiti, iqtisadi vəziyyət Azərbyacandan 100 dəfə yüksəkdi. Bəli, bu adam hələ “müxalifət” sözünün hansı məna verdiyini və müxalifətin varlığının nəyə görə zəruri olduğunu başa düşmür.
Bizim də Tağı müəllimə bir sualımız var. Bir məmurun ölkənin yeganə müstəqil qəzetini haqsız olaraq məhkəməyə verib, 30000 min manat təzminat ödətdirməsi Azərbaycana yaraşır? Maaşla dolanmalı olan adamın 3 milyon rüşvət verməsi Azərbaycana yaraşır? Hakim partiyanın rəhbərliyində təmsil olunan adam bu qədər vəsaiti necə toplayıb?
Tağı Əhmədov müsahibdə iki məqama da toxunub. Bir tərəfdən etiraf edib ki, kəndlərində məscid tikdirib, körpü saldırıb, abadlıq işləri görüb, kəndçilərinə həmişə əl tutub və.s O biri tərəfdən də deyib ki, mətbuatda əminm haqqımda yazılanlar yalandır və mən heç vaxt “40 il əmək haqqı yığmışam” sözü deməmişəm. Deyib ki, mən bu gün maaş alıram, sabah cibimdə 5 manat qalmır, 40 illik əmək haqqı yığmaq qeyri-mümkündür.
Əgər bu adamın bugün aldığı maaş sabaha çatmırsa, ölkədəki inkişafdan necə danışa bilir? Tağı Əhmədov məmur maaşıyla dolan bilmirsə, həkim, müəllim, təqaüdçü dilənçi maaşıyla necə dolana bilər?
Eyni zamanda sual yaranır ki, bugün maaş alıb, sabah 5 manat tapmayan Tağı Əhmədov, kəndlərində məscidi, körpünü hansı pulla çəkdirib, hansı vəsaitlə abadlıq işləri görüb?
Göründüyü kimi Tağı Əhmədov öz “ampluasında”dır. Hətta müsahibənni sounda xalqa təsəlli də verib. Deyib ki, ölkəmizin çətinliyi 2017-ci ildə olacaq və 2018-ci ildən qazımız Avropa bazarına çıxacaq, zəngin ölkə olacağıq.
Ölkə başçısı pambıqla, Tağı Əhmədov qazla ölkənin böhrandan çıxacağını bildirir. Tağı Əhmədov hələ onu da bilmir ki, qazdan gəlnə vəsait Azərbaycanın xarici borcunun ödənməsinə sərf olunacaq. İstənilən halda bu adam YAP-ın kadrdı və bütün yanaşmaları qüsurludur. Amma reallıq budur ki, belə adamlar YAP-a yaraşır

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

”Bütün referendumlar hakimiyyətin dinc yolla ötürülməsinə hesablanıb”

%d bloqqer bunu bəyənir: