Loading...
Loading...
106005

Ölkədə işsizliyin səviyyəsi açıqlandı

Bu il noyabrın 1-nə olan məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4 milyon 994,8 min nəfər olub, onlardan 4 milyon 732,1 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.

Bu barədə Moderator.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir.
Bu il oktyabrın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 milyon 516,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 886,7 min nəfər, qeyri-dövlət sektorunda isə 629,7 min nəfər təşkil edib.
İqtisadiyyatın neft sektorunda 34,3 min nəfər, qeyri-neft sektorunda isə 1 milyon 482,1 min nəfər çalışıb. Bu ilin yanvar-sentyabr aylarında bir işçiyə düşən orta aylıq iş saatlarının miqdarı 151,5 saat təşkil edib.
Bu il noyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 33,7 min nəfər olub, onların 37,9%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 241,9 manat olub.

24saat.org

“Azərbaycan Suriyaya qoşun göndərə bilər”

Sonrakı Yazı »

Bu sektorda istehsal 64 faizə yaxın azalıb

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Loading...
%d bloqqer bunu bəyənir: