Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Ölkədə dərmanlar dolların kursuna uyğun satılacaq

Dərman şirkətlərinin xarici valyuta ilə bağlı yaranan problemləri həll olunub.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev bununla bağlı Mərkəzi Banka tapşırıq verildiyini bildirib.

O deyib ki, dərmanların qeydiyyatı və qiymətlərin tənzimlənməsi qaydalarında düzəlişlər ediləcək:

“Hazırda Mərkəzi Bankın həmin günə olan məzənnəsi əsas götürülür. Amma burda dəyişiklik nəzərdə tutulur. Həmin gün üçün bazarda valyutanın real qiyməti əsas götürüləcək”.

Elsevər Ağayev bundan əvvəlki açıqlamasında bildirib ki, valyuta ilə bağlı problemlərin dərman qıtlığına yol açacağına dair məsələ hər kəsi narahat edir.

“Dərman şirkətləri baş nazirin müavini Əli Əhmədova müraciət edib. Bu müraciət Səhiyyə Nazirliyinə də göndərilib”.

24saat.org
Loading...

“Məmurlardan öncə millət vəkillərinin özlərini ixtisara salmaq lazımdır”

Sonrakı Yazı »

Azərbaycanda “iPhone 7” satışa çıxarıldı – QİYMƏTLƏR

%d bloqqer bunu bəyənir: