Ölkənin müstəqil iqtisadçıları adından İlham Əliyevə cavab

Qubad İbadoğlu: “Bəli, biz ölkə iqtisadiyyatını bu duruma salanlara dərs veririk”

Dövlət başçısı İlham Əliyev yanvarın 10-da keçirdiyi hökumətin iclasında ölkədəki vəziyyətin ağırlığı barədə danışan yerli iqtisadçi ekspetləri aşağılayab fikirlər səsləndirib. İ.Əliyev onların ünvanına “İki eşşəyin arpasını bölmə bilməyən…” ifadəsini işlədib. İqtisadçı ekspertlərdən bir neçəsi onun bu fikrinə feysbuk səhifələrində replikalarla cavab verib. Tanınmış iqtisadçı Qubad İbadoğlunun cavabını isə bu məsələyə ümumi münasibət kimi də qəbul etmək olar. Onun feysbuk səhifəsində yazdığını təqdim edirik:

Dünənki müşavirədə prezidentin ifadə etdiyi bir fikrə münasibət bildirmək istərdim. “Özlərini böyük iqtisadiyyatçı adlandıran bəzi yerli nümayəndələr də müxtəlif çıxışlar edirlər, müxtəlif qiymətlər verirlər. Tamamilə cəfəng fikirlərdir, bizim gözəl atalar sözü var: “İki uzunqulağın arpasını bölə bilməyən, bizə dərs öyrədir”. Yəni, bütün bunlara fikir vermək lazım deyil.” Bu açıqlamaya mən də iqtisadçı olaraq fikir vermək istəmirdim, amma bu açıqlamanın ətrafında gedən müzakirələri və sosial sifarışləri nəzərə alaraq sizlərlə aşağıdakı fikirlərimi bölüşmək qərarına gəldim.

Əvvala qeyd edim ki, biz iqtisadiyyatçı deyil, iqtisadçıyıq, həqiqətən də ölkə iqtisadiyyatını bu duruma salanlara dərs veririk. Nəinki 1-2, hətta 3-5 il bundan əvvəl verdiyimiz proqnozların bu gün özünü tam doğrultması da buna əyani sübutdur. Biz iqtisadçılar hakimiyyət komandasında olanlar kimi gələcəyə falçı kimi deyil, dərin və hərtərəfli tədqiqatlara əsaslanan proqram və konsepsiyalarla əsaslanaraq baxırıq.

İkincisi, hesab edirəm ki, bu açıqlama yerli iqtisadçıların artan nüfuzundan irəli gəlir. Hakimiyyətin iqtisadi komandasının son illərdəki uğursuzluğu fonunda bu daha aydın görsənir. Ölkənin cağdaş iqtisadi durumu buna əyani misaldır. Əhalinin çox böyük əksəriyyəti bu hakimiyyətin yalnış, səbatsız iqtisadi siyasətinin nətciələrini gündəlik həyatında, güzəranında hiss edir, bu zəngin ğlkədə istehlak ehtiyaclarını hətta minimal səviyyədə belə ödəyə bilmirlər. Çünki, ölkədə işsizlik, yoxsulluq, cinayətkarlıq, intiharlar ildən ilə artır. Azərbaycandan ağıllı və işgüzar inasanlar, kapital və beyin məhsulları qaçır. Bu vəziyyətdə əhali doğrunu danışanlara, mövcud vəziyyəti dürüst qiymətləndirənlərə daha çox inanır. Belə olanda da təbii ki hakimiyyətə və onun iqtisadi komandasına inam və etibar azalır. Görünür, belə narahatçılığı yaşayanlar özlərini sığortalamaq üçün prezident səviyyəsində bu cür ucuz açıqlamaya ehtiyac görüblər. Hesab edirəm ki, səhv ediblər. Ölkənin bütün insanlarına dəyər verilməli, onları qısqanmamalı, bütün vətəndaşlar, xüsusilə də zehni işlə məşğul olanlar Azərbaycanın gələcəyi üçün potensial və perspektiv imkan kimi qiymətləndirilməlidir. Yalnız bu yanaşma ölkəni yaranmış ağır sosial-iqtsiadi və siyasi böhrandan çıxara bilər.

Üçüncüsü, bu günlərdə apardığım analizlər göstərdi ki, hələ ötən ilin əvvəlində Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının prezident aparatına təqdim etdiyi Azərbaycanın rifahı naminə 1 il üçün “İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər paketi” nə daxil olan 12 təklif hazırda bu hakimiyyət tərəfindən tətbiq olunur. Həmin təkliflərin yer aldığı fərman və sərəncamlara prezident özü imza atıb.

Nəhayət, onu da əlavə edim ki, yerli iqtisadçıların təklifləri yalnız Azərbaycanda deyil, digər postsovet ölkələrinin hökümətləri tərəfindən də tətbiq olunur. Eyni zamanda beynəlxalq təşkilatlarda Azərbaycanın müstəqil iqtisadçılarının peşəkar mövqeyi əsas götürülür, onlar nəzərə alınmaqla qlobal səviyyəli siyasət qərarları qəbul olunur. Ona görə də, əksinə yerli iqtisadçıları rişxənd obyektinə çevirilməməli, onların qazandıqları nailiyyətlər Azərbaycan brendi kimi təqdim olunmalıdır.

Son olaraq hakimiyyət komandasında təmsil olunan yüksək ranqlı iqtisadçilarla Azərbaycan iqtisadiyyatının hazırkı problemlərinə həsr olunmuş istənilən mövzuda ictimai debata hazır olduğumu bəyan edirəm.

“Milyarderlər İttifaqı”nın 2018 projesi: II İbrahimbəyov kimdir? – Özəl

Sonrakı Yazı »

Dolların sabaha olan məzənnəsi

Bir cavab yazın

%d bloqqer bunu bəyənir: