Advertisements
24 saat

Ölkədə bahalaşma rəsmən etiraf edildi


2016-cı ilin yanvar-iyun aylarında 2015-ci ilin müvafiq dövrünə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 10,5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 11,9 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 15,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 4,5 faiz artıb.

Modern.az saytı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2016-cı ilin yanvar-may aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,6 faiz artaraq 489,5 manat təşkil edib.

2016-cı ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 8,4 faiz artaraq 21493,9 milyon manata çatıb.

Gəlirlərin 78,2 faizi son istehlak xərclərinə, 9,3 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 9,8 faizi isə yığıma yönəldilib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: