Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Oliqarxlarla Fazil Məmmədov arasında qarşıdurma davam edir

Nazir müavini iri supermarket rəhbərlərini hədələdi

“Azərbaycanda bu günə vergidən yayınmaya görə ticarət sahəsində fəaliyyət göstərən 91 şirkət barəsində cinayət işi açılıb və ibtidai istintaq gedir”. Bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib: “Digər sahələrdə isə bu daha çoxdur – təxminən bir neçə yüzdür”.
S.Ələkbərovun sözlərinə görə, Vergilər Nazirliyi vergi bazasını genişləndirmək üçün fəaliyyətini davam etdirir: “Mühüm məsələlərdən biri vergi bazasının genişləndirilməsi ilə bağlıdır. Yeni mənbələrin tapılması və vergiyə cəlb edilməsi məqsədi ilə işlər aparılır. Burada kifayət qədər böyük potensial görürük. Ən çox vergidən yayınma nağd ödənişlərin çox olduğu ticarət və tikinti kimi sahələrdə qeydə alınır.

Həmçinin, elektron ticarətin də vergiyə cəlb edilməsi ilə bağlı iş gedir. Azərbaycanda elektron xidmətlər göstərən transmilli şirkətlər var və elektron birjalar fəaliyyət göstərir ki, onlarda da çox böyük məbləğlər var və bu, bizim üçün yenidir”.
24saat.org olaraq qeyd edək ki, bir müddətdir Vergilər Hazirliyi ilə məmur oliqarxlara məxsus iri supermarket şəbəkələri arasında qarşıdurma yaranıb. Bu savaş iri süpermarketlər şəbəkələrinin rəhbərlərinin iqtisadiyyat naziri Şahin Mustafayevə müraciətindən sonra başlayıb. Supermarket şəbəkələrinin rəhbərləri nazirə müraciətlərində vergi yükünün azaldılmasını xahiş edirdilər. Bu müraciətdən sonra Vergilər Hazirliyi bir neçə supermarketdə yoxlamalara başladı və onların dövriyyəni gizlətdiyi barədə açıqlama yaydı.
Bu günlərdə isə vergilər nazirinin müavini Sahib Ələkbərov bu məsələ barədə danışaraq supermarket şəbəkələrini ittiham edib. Onun sözlərinə görə, iri supermarket şəbəkələri arasında dövriyyəsini 40 dəfə gizlədənlər var. İndisə nazir müavini onları həbslə hədələyir. Görünür, tərəflər arasında güzəşt limiti bitib.

24saat.org

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

İqbal Ağazadə üçün “iblis yolu”

%d bloqqer bunu bəyənir: