Advertisements
24 saat

Olimpiyadaya 100 gün qaldı


Yay Olimpiya Oyunlarının başlanmasına 100 gün qalır.Həmin gündən başlayaraq olimpiyadanın başlanması tarixi arxadan geriyə sayılır.

Bu münasibətlə cümə axşamına keçən gecə Braziliyanın müxtəlif tarixi abidələri və gəzməli yerləri yaşıl rəngdə işiqlandırılıb.

Bunlardan biri də İsa Məsihin Riodakı 38 metrlik heykəlidir.

Həmin gecə Londondakı görməli yerlər də Braziliya bayrağı rəngində işiqlandırılıb.

ABŞ-da isə bu günü Tayms-Skverdə qeyd ediblər, ölkənin birinci xanımı Mishel Obama və olimpiya millilərinin onlarla üzvü istəyənlərə qılıncoynatmaq və basketbol öyrədiblər.

Olimpiya oyunları Rio de Janeyroda bu il avqustun 5-də başlayır.(azadliq.org)

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: