Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Olimpiya “oyunlarının” dopinq qurbanı danışdı

2012-ci il London Olimpiadasının təkrar dopinq-testinin bizim üçün üzücü olan nəticələri elan olunsa da, Azərbaycan təmsilçisi, ağırlıqqaldıran Boyanka Kostova Rioda keçiriləcək Olimpiadaya hazırlığı davam etdirir.

Məlumat verdiyimiz kimi, bizim dünya və Avropa çempionumuzun adı dopinq-testdə müsbət nəticə göstərən on atletin arasındadır.

Virtualaz.org-a danışan Kostova deyib ki, hələlik bir növ məlumatsızlıq içərisindədir: “Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qəti qərarını gözləyirəm. Düşünürəm ki, o, iyunun sonuna kimi elan ediləcək. Biz BOK-un Azərbaycana və keçmiş SSRİ-nin başqa ölkələrinə qarşı “oyunlarının” qurbanına çevrilməmişik ki?! Hər şey mümkündür. 4 və 8 illik köhnə nümunələrin təkrar yoxlanılmasını ədalətli hesab etmirəm. Amma… heç bir şeyə baxmayaraq, qarşıdakı Olimpiadaya hazırlaşmağa davam edirəm. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.

Xatırladaq ki, yoxlama zamanı Londonda 5-ci yeri tutduğu Olimpiada zamanı Boyanka Kostovanın qanında qadağan olunmuş maddələr- dehidroxlorometil-testosteron və stanozolol aşkar olunub.

10 nəfərlik siyahıda Qazaxıstan, Ukrayna, Rusiya və Belarus nümayəndələri də var.

Onu da qeyd edək ki, Beynəlxalq Ağırlıqaldırma Federasiyası bu idmançıları Beynəlxalq Olimpiaya Komitəsinin son qərarı elan olunana qədər yarışlarda iştirak etməkdən kənarlaşdırıb.

Başqa sözlə, hazırda Boyanka Kostova 2016-cı il Olimpiadasından kənarda qalıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

AVRO-2016: İtaliya 1/8 mərhələyə vəsiqə qazanıb

%d bloqqer bunu bəyənir: