Loading...
Loading...

Olimpiya Oyunlarında yer tutan idmançılara veriləcək mükafatın məbləği AÇIQLANDI

Azərbaycan Prezidenti İlham Əliyev Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Moderator.az -ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının idmançılarını və onların məşqçilərini Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədilə XXXI Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilir:
– birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat;
– ikinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;
– üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat.
Dövlət başçısı, həmçinin Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında Azərbaycan Respublikasının əlil idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Azərbaycan Respublikasının əlil idmançılarını və onların məşqçilərini Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədilə XV Yay Paralimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının əlil idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilir:
– birinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;
– ikinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat;
– üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat.
Nazirlər Kabinetinə bu sərəncamlardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

24saat.org

Samir Şərifov: “Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin”

Sonrakı Yazı »

Güləşçilərimiz erməniləri məğlub etdi – VİDEO

Loading...
%d bloqqer bunu bəyənir: