Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Öldürülən türk generalı ABŞ-a işləyirmiş…

Türkiyə Baş Qərargahının kəşfiyyat bölməsinin sabiq sədri, admiral Suat Polad 15 iyul dövlət çevrilişinə cəhd zamanı öldürülən general Semih Terzinin xarici ölkə kəşfiyyat orqanları ilə əməkdaşlıq etdiyini açıqlayıb.

Keçmiş kəşfiyyatçı Terzinin Suriyada Türkiyə əleyhinə uzun müddət təbliğat apardığını deyib:
“Onun ABŞ-a işləməsi müzakirə oluna bilməz. Türkiyə Suriyada xüsusi təyinatlı qüvvələrin iştirakı ilə hazırladığı əməliyyatlar zamanı o, müxaliflərlə münasibət qurmuşdu. Belə düşünün: FETÖ ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) bağlıdır. PKK-nın Suriya qolu olan PYD də MKİ-yə bağlıdır. İkisinə də əmr oradan gəlib. İndi o, Suriyada Türkiyə lehinə addım atar, yoxsa ABŞ? Çevrilişə cəhd zamanı Xüsusi Təyinatlı Qüvvələr Komandanlığına girərək, “komandiriniz mənəm”, deyən bir xain Suriyada Türkiyə üçün heç nə edə bilməz”.
Qeyd edək ki, Türkiyənin keçmiş baş qərargah rəisi İlkər Başbuğ da müsahibəsində general Semih Terzini sərt tənqid etmişdi:
“O qatildir, vətən xainidir. Ordunun Suriyadakı əməliyyatlarını idarə edirdi”.
Xatırladaq ki, Semih Terzi 15 iyul dövlət çevrilişinə cəhd zamanı zabit Ömər Xalisdəmir tərəfindən başından vurularaq öldürülmüşdü.(Axar.az )

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Klinton Trampı populyarlıqda səkkiz faiz geridə qoyur

%d bloqqer bunu bəyənir: