Now Reading:
Oktyabr-noyabrda depozitlər azalıb
Full Article 40 second read

Oktyabr-noyabrda depozitlər azalıb



Maliyyə Bazarlarına Nəzarət Palatasının vəzifələrindən biri əmanətlərin davamlı və səmərəli sığortasının hazırlanmasıdır, deyə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

Turan-ın məlumatına görə, bank forumunda çıxış edən Rüfət Aslanlı deyib ki, görülən tədbirlər nəticəsində 2016-cı ilin iyununda bank sektoruna etimad bərpa olunub.

O deyib ki, 2016-cı ilin iyununda depozit həcmi artmağa başlayıb. Son 3 ayda bu artım 2016-cı ildəki azalmanı bir qədər kompensasiya edib.

«Oktyabr-noyabrda depozitlər bir qədər azalıb. İndi analiz edirik, bu azalma bank sektoruna etimadla bağlıdır, yoxsa əhali gəlirləri azaldığı üçün depoziti istehlaka yönəldir?», deyə o qeyd edib.

O deyib ki, bankların likvidliyi problemi aktuallaşıb.

«Mərkəzi Bankla birgə banklara likvidlik dəstəyi mexanizmi hazırlamışıq. Hazırda bu mexanizm bir neçə banka tətbiq olunub və işlək mexanizmdir», deyə R.Aslanlı bildirib.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
[mc4wp_form id=""]
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: