Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
oksigen

“Oksigen” klinikası 2 yaşlı körpəni öldürdü

Polis idarəsinə həkimlərin məsuliyyətsizliyinə dair növbəti şikayət daxil olub. Bu dəfə “Oksigen” özəl klinikasının əməkdaşları ittiham edilir.

Bu barədə Sputnik-ə Nərimanov Rayon Polis İdarəsindən bildiriblər.

Biləsuvar sakini, 1984-cü il təvəllüdlü Həsənov Ramil Qabil oğlunun sözlərinə görə, oktyabrın 26-da saat 16:58-də Təbriz küçəsində yerləşən klinikada əməliyyat stolunda onun iki yaşlı qardaşı oğlu Həsənli Məhəmməd Amil oğılu ölüb. Hələlik oğlanın ayağının əməliyyat olunduğu məlumdur.

Oğlanın doğmaları uşağın həkimlərin məsuliyyətsizliyi ucbatından öldüyündən əmindirlər. Nərimanov Rayon Prokurorluğunda məlumatı təsdiqləyiblər və əlavə ediblər ki, fakt üzrə hazırda araşdırma gedir və hələlik heç kim şübhəli şəxs kimi məsuliyyətə cəlb edilməyib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən özəl klinikaların fəaliyyətinə müdaxilə etmə səlahiyyətləri olmadığı, bunun üçün istintaq orqanlarının olduğunu bildiriblər.

Qeyd edək ki, “Oksigen” klinikası Odlar Yurdu universitetinin rektoru Munir Vəliyevin oğluna məxsusdur. Klinikanın adı dəfələrlə müxtəlif hadisələrdə hallanıb.

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Bakıda 8 bina söküləcək – SİYAHI

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: