Oğuz rayonunda yol tikintisinə 1,55 milyon manat ayrılıb

Azərbaycan prezidenti İlham Əliyev Oğuz rayonunun Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, 11 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Sincan-Xaçmaz-Filfili avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 1,55 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə müvafiq məbləğdə maliyyələşməni və tikinti işlərini təmin etmək tapşırılıb.

24saat.org
Loading...

Sarayda etiraz aksiyası – “Erməni kilsələrinə verilən qazdan biz də istəyirik” FOTO

Sonrakı Yazı »

“Azərbaycanı ABŞ-ın strateji müttəfiqi hesab etmirəm”

%d bloqqer bunu bəyənir: