24 saat

Oğlunun toyuna hazırlaşırdı, qəzada öldü – VİDEO


Gəncə şəhərində təşkil olunan toy mərasimindən qayıdan ailə Bakı-Şamaxı-Yevlax yolunun 188-ci kilometrliyində qəzaya düşüb.

24saat.org Region TV-yə istinadən xəbər verir ki, Bakı şəhər sakini Məmməd Məmmədovun idarə etdiyi “NİSSAN” markalı minik maşını hərəkətdə olarkən idarəetmədən çıxıb.

Nəticədə avtomaşın aşıb. Qəza zamanı avtomobildə olan sürücünün həyat yoldaşı Elmira Məmmədova və sürücünün bacısı hadisə yerindəcə dünyalarını dəyişiblər. Minik maşınında olan digər iki nəfər isə bədən xəsarətləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Sentyabrın 20-də Bakıda Məmməd və Elmira Məmmədovların oğlunun toy mərasimi olacaqdı.

Bir cavab yazın

24SAAT.ORG Xəbər Saytı
Azərbaycan və Dünyadan Xəbərlər
Input your search keywords and press Enter.
%d bloqqer bunu bəyənir: