Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Obamanın təyyarəsi üçün təhlükə yarandı

ABŞ-ın paytaxtı Vaşinqton yaxınlığında yerləşən “Joint Base Andrews” hərbi bazasında silahlı hücum təhlükəsi ilə bağlı həyəcan siqnalı verilib.

Pentaqonun nümayəndəsi “Reuters”ə açıqlamasında bazada silahlı şəxsin olduğunu bildirib. Həmin şəxsin zərərsizləşdirilməsi üçün tədbir görülüb. Bazanın personalına binalardan bayıra çıxmamaq barədə əmr verilib,

Qeyd edək ki, ABŞ prezidentlərini daşıyan “Air Force One” təyyarəsi məhz “Joint Base Andrews” bazasında dayanır. Hərbi baza Ağ Evin 24 kilometrliyində yerləşir. Bazanın ərazisində qolf meydançası da var və prezident Obama orada qolf oynayır.(APA)

24saat.org
Loading...

Kazinoda 334 min udan azərbaycanlı nazir müavinin oğlu imiş

Sonrakı Yazı »

Moskvada cinayət törətmiş azərbaycanlı 15 il iş aldı

%d bloqqer bunu bəyənir: