Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Obama:”Embarqonun ləğvi Çinlə bağlı deyil”

ABŞ prezidenti Barask Obama bazar ertəsi Vyetnama səfəri zamanı bu ölkəyə silah embarqosunun qaldırıldığını bəyan edib.

Prezidentliyinin sonu ərəfəsində Barack Obama Vyetnama 3 günlük səfər edib.

Onu Hanoy hava limanında ölkə rəsmiləri qarşılayıb.

Obama 1995-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin bərpasından sonra Vyetnama səfər edən 3-cü ABŞ prezidentidir.

Bazar ertəsi o, bu ölkəyə qarşı silah embarqosunun qaldırıldığını elan edib.

Bu embarqo 1984-cü ildən tətbiq edilmişdi: “ Qadağanın götürülməsi ilə bağlı qərar Çin və ya digər

Məsələlərlə bağlı deyil. Bu bizim Vyetnamla münasibətlərin yaxşılaşdırılması ilə bağlı uzun prosesi başa çatdırmaq istəyimizlə bağlıdır”, deyə Obama prezident Çan Dey Kuanqla görüşdə deyib.

Məlumatlara görə bazar ertəsi Obamanın səfəri çərçivəsində ABŞ-ın “Boeing” korporasiyası ilə Vyetnamın hava şirkəti arasında 11 milyard dollarlıq müqavilə imzalanıb.

Söhbət 100 “Boeing” 737 təyyarəsinin alınmasından gedir.

Qeyd edək ki, ABŞ-la Vyetnam 1955-ci ildən 1975-ci ilədək müharibə vəziyyətində olublar.

İndi münasibətləri daha da dərinləşdirmək qərarına gəliblər.

24saat.org
Loading...

Deputat etiraf edir: ”Builki büdcədən 10 milyard vəsait talan olunub’

Sonrakı Yazı »

Merkel:”Hümanitar prinsiplər bərpa olunmalıdır”

%d bloqqer bunu bəyənir: