Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...

Obama və Putin Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

ANS PRESS-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb.

Rusiya lideri ABŞ prezidentini  iyunun 20-də  Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda baş tutan görüşü barədə məlumatlandırıb.

Putin qeyd edib ki, Rusiya danışıqların təşkili zamanı münaqişə zonasında vəziyyətin tezliklə sabitləşməsi yardımın zəruriliyini və sülh prosesinin irəliləməsi üçün şəraitin yaradılmasının vacibliyi əsas götürülüb.

Barak Obama isə Rusiyanın bu təşəbbüsünü yüksək qiymətləndirib.  Prezidentlər ATƏT-in Minsk qrupunun formatı çərçivəsində aktiv birgə əməkdaşlığın vacibliyini vurğulayıblar.

Obama və Putin Suriya və Ukrayna münaqişələrini də müzakirə ediblər.

24saat.org
Loading...

Tanınmış blogger Mehman Hüseynov yeni statusu ilə yenə məmurlara meydan oxudu

Sonrakı Yazı »

İşğala görə Bleyerə 2 milyon 600 kəlimədən ibarət ittiham

%d bloqqer bunu bəyənir: