Loading...
AZƏRBAYCANCA   РУССКИЙ
Loading...
103034

Obama “Twitter”dən çox istifadə etdiyinə görə Trampı qeyri-ciddi adam saydı

Seçki öncəsi kampaniyada demokratların namizədi Hillari Klintona dəstək olaraq Kaliforniyada çıxış edən Barak Obama respublikaçıların namizədi Donald Trampı tənqid edib.

Obama milyarderin seçicilərlə ünsiyyətdə “Twitter” dən çox istifadə etməsini irad tutub.

“Bizə bütün vaxtını “Twitter” də keçirən prezident lazım deyil. Qeyd edək ki, Trampın “Twitter” səhifəsində 12,7 milyon izləyici var. Onun səhifəsində dərc olunan tvitlərin sayı isə 35 minə yaxındır.

“Mən hətta deməyəcəm ki, bu oğlan niyə yaramır. Çünki o, hər dəfə ağzını açıb danışanda siz onun ABŞ prezidenti postuna lazımsız adam olduğunun sübutunu görürsüz. Hər zaman hesab etmişəm ki, Con Makkeyn və Mitt Romni daha hörmət ediləsi adamlardır “ – Obama belə deyib.
ABŞ prezidentinin sözlərinə görə, Tramp tamamilə qeyri-ciddi adamdır. Əgər o, prezident postunu tutsa ölkə üçün ağır zərbə olacaq.(Avropa.info )

24saat.org
Loading...

Deputatdan əcayib təklif: Suyun qiyməti qaldırılsın

Sonrakı Yazı »

Bu ölkədə qızlar 15 yaşında bakirəliyini itirir – ŞOK RƏQƏMLƏR

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

%d bloqqer bunu bəyənir: