Loading...
Loading...

Obama Türkiyəyə görə bağlı qapılar arxasında müzakirə aparacaq

ABŞ prezidenti Barak Obama milli təhlükəsizlik üzrə müşavirləri ilə Türkiyədəki hərbi çevrilişə cəhdi müzakirə edəcək.

 

24saat.org  xarici KİV-ə istinadla xəbərinə görə, bu haqda Ağ Ev məlumat yayıb. Bildirilib ki, Obamaya Türkiyədəki vəziyyətlə bağlı yeni məlumatlar veriləcək.

Müzakirələr bağlı qapılar arxasında keçiriləcək. İclasın vaxtı açıqlanmayıb.

 

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub.

Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var.

 

Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.

24saat.org
Loading...

“Rüşvət alan hər kəs bu xalqın və dövlətin düşmənidir”

Sonrakı Yazı »

Nəcməddin Sadıkov rəisləri Bakıya TOPLADI

%d bloqqer bunu bəyənir: