Obama Türkiyəni “əhəmiyyətli müttəfiq” adlandırdı

ABŞ prezidenti Barak Obama Fətullahçı terror təşkilatının (FETÖ) bu il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra Türkiyə ilə təhlükəsizlik sahəsindəki əlaqələrdə hər hansı zəifləmənin olmadığını bildirib.

“Anadolu”nun verdiyi xəbərə görə, ABŞ prezidenti deyib ki, Türkiyə çox güclü NATO müttəfiqidir.

CNN televiziyasına açıqlama verən B.Obama Türkiyə ilə bağlı və 15 iyul dövlət çevrilişinə cəhd göstərilməsi haqqında suallara cavab verib.

O, dövlət çevrilişinə cəhddən sonra iki ölkə arasındakı təhlükəsizlik məsələlərində heç bir zəifləmənin olmadığını söyləyib: “Türkiyə güclü bir ölkə kimi NATO-nun müttəfiqi olmağı davam etdirir.”

İŞİD ilə mübarizədə Türkiyə ilə birlikdə çalışdıqlarını xatırladan B.Obama deyib: “Türkiyə bölgədə bir çox məsələdə əhəmiyyətli müttəfiqimizdir”.

“Təbii ki, Türkiyədə siyasi və sivil bir təhlükənin baş verməsindən həqiqətən də kimsənin şübhəsi yoxdur. Biz Türk xalqını dəstəklədiyimizi hər zaman göstərdik”, – ABŞ prezidenti diqqətə çatdırıb.

15 nəfəri öldürən penoplast deputatın “Kristal Abşeron”una üzlənib – Şikayət

Sonrakı Yazı »

Putin Özbəkistan prezidentinin dəfn mərasiminə getməyəcək

%d bloqqer bunu bəyənir: